QR CodeQR Code

İranda hava hücumundan müdafiə manevri keçiriləcək

3 Sep 2012 14:29

IslamTimes - 21 oktyabr tarixlərində İranda hava hücumundan müdafiə manevri keçiriləcək.


APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın “Xatəmül-ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı, general-mayor Fərzad İsmaili bildirib.

Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) ordu ilə birlikdə bütün hava hücumundan müdafiə sistemlərini istifadə etməklə hərbi təlim keçirəcək: “Manevrin məqsədi nüvə obyektlərini qorumaqdır. Çünki nüvə obyektləri bizim prioritetimizdir. Təlimdə hava hücumundan müdafiə sistemi ilə yanaşı, döyüş və bombardmançı reaktivlər də iştirak edəcək. Manevrdə böhran vəziyyətində idarəçilik qabiliyyətini sınaqdan keçirmək məqsədilə “gözlənilməz ssenarilər” də canlandırılacaq”.


Story Code: 192374

News Link :
https://www.islamtimes.org/az/news/192374/iranda-hava-hücumundan-müdafiə-manevri-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org