QR CodeQR Code

"Artıq İsraillə ABŞ-ın İranla bağlı fikirləri üst-üstə düşmür"

3 Sep 2012 15:29

IslamTimes - ABŞ və İsrailin ali rütbəli rəsmiləri də bu ölkələr arasında İranla bağlı atılacaq addımların zamanı və necəliyi ilə bağlı ixtilaflar yaşandığını bildirib.


"IslamTimes" "Sinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, son iki həftədə İsraillə ABŞ arasında ciddi gərginlik yaşanır. İki ölkə arasında İranın nüvə enerjisi zəminindəki nailiyyətlərini necə və nə zaman durdurmaqla bağlı fikir ayrılığı yaranıb.

Barak Obama və Benyamin Netanyahu İranın nüvə silahına yiyələnməməsinin vacib olduğu qərarına gəlmişdilər. Amma artıq bu anlaşma belə aradan qalxır.

ABŞ və İsrailin ali rütbəli rəsmiləri də bu ölkələr arasında İranla əlaqəli atılacaq addımların zamanı və necəliyi ilə bağlı ixtilaflar yaşandığını bildirib. ABŞ rəsmiləri İran mövzusunda İsrail rejiminin saatının daha sürətli hərəkət etdiyini dilə gətirib.

İsrailin İrana hücum planına qarşı çıxanlardan biri də ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Martin Dempseydir. Dempsey bir neçə gün öncə İsrailin İrana hücum edəcəyi təqdirdə ABŞ-ın onları himayə etməyəcəyini söyləmişdi.


Story Code: 192408

News Link :
https://www.islamtimes.org/az/news/192408/artıq-israillə-abş-ın-iranla-bağlı-fikirləri-üst-üstə-düşmür

Islam Times
  https://www.islamtimes.org