QR CodeQR Code

ABŞ İsrail rejiminə İrana hücum etməkdə kömək etməyəcəyini bildirib

4 Sep 2012 10:09

IslamTimes - ABŞ administrasiyası avropalı vasitəçilərinin köməyi ilə İran rəsmilərinə əgər İsrail rejimi İrana hava hücumları həyata keçirərsə, ona yardım etməyəcəyi haqda məlumat ötürüb.


Amerikalılar regionda maraqlarına təhdid olmayana qədər istənilən münaqişədən kənarda qalmağa söz veriblər. Vaşinqton bu maraqlar əhatəsinə ABŞ hərbi obyektlərinin, təyyarə və hərbi gəmilərinin daxil olması haqda da məlumat verir.

Sözügedən münaqişə baş verərsə, İran Hörmüz boğazını bağlayacağı ilə xəbərdarlıq edir. Belə ki, Hörmüz boğazı dünya bazarına neft ixracatı üçün ən mühüm marşrutlardan biri sayılır. Mətbuat hazırda İran məsələsində İsrail rejiminin ABŞ administrasiyası ilə yekdil bir qərara gələ bilməməsindən yazır.

Qeyd edək ki, bu münaqişə hazırda ABŞ hökumətinin maraqları xaricindədir. /Deyerler/


Story Code: 192562

News Link :
https://www.islamtimes.org/az/news/192562/abş-israil-rejiminə-irana-hücum-etməkdə-kömək-etməyəcəyini-bildirib

Islam Times
  https://www.islamtimes.org