0
Tuesday 4 September 2012 - 11:08

ABŞ-ın Misirə qurduğu növbəti tələ

Story Code : 192601
ABŞ-ın Misirə qurduğu növbəti tələ
ABŞ-ın Misirə qurduğu növbəti tələ
"IslamTimes" Misir KİV-nə istinadən xəbər verir ki, ötən gün yüksək rütbəli ABŞ rəsmilərindən biri deyib: "Yaxın zamanlarda ABŞ dövləti ilə yeni Misir hakimiyyəti arasında razılaşma əldə ediləcəyi gözlənilir. Barak Obamanın başçılığı ilə keçirilən müzakirələrdə Qahirənin bir milyard dollarlıq borcunun bağışlanması nəzərdə tutulur."

ABŞ rəsmisi əlavə edib ki, ABŞ diplomatları ilə Misir tərəfindən təyin edilmiş nümayəndələr razılaşma əldə edilməsi üçün son məqamları müzakirə edir, amma hələ ki, razılaşma əldə edilməyib.

Təqribən iki ay öncə ABŞ xarici işlər naziri Hillari Klinton Misirə səfəri zamanı Məhəmməd Mursi ilə görüşdən sonra demişdi: "ABŞ vəd edir ki, Misir iqtisadiyyatını himayə edərək, hazırda mövcud olan problemləri arxada qoymağa kömək edəcək."

Misir inqilabı zamanı Hüsnü Mübarəki hakimiyyətdə saxlamaq üçün dəridən qabıqdan çıxan ABŞ, bu gün Misir xalqının dostu olduğunu iddia edir. İnqilab əsnasında diktator Mübarəki himayə etməklə xalqın və yeni hakimiyyətin qəzəbinə tuş gələn Birləşmiş Ştatlar, Misirin bir milyardlıq borcunu silməklə bu ölkəni yenidən qazanmaq niyyətindədirlər.
Comment