QR CodeQR Code

İrana hücum İsraili viran qoya bilər

4 Sep 2012 13:48

IslamTimes - Fransa xarici işlər naziri Laurent Fabius İrana qarşı hücumla bağlı xəbərdarlıq edərək bu addımın İsrailə vuracağı zərbələrdən danışıb.


"IslamTimes" "PressTV" saytına istinadən xəbər verir ki, Fransa xarici işlər naziri Laurent Fabius ötən gün deyib: "Elə düşünürəm ki, İsrail tərəfdən İrana hücum təşkil edilərsə, bu hücumun alovu İsrailin özünü bürüyə bilər."

ABŞ, İsrail və onların müttəfiqləri Tehranı hərbi məqsədlərlə nüvə enerjisinə yiyələnməkdə ittiham edir. Tel-Əviv isə ardıcıl olaraq İslam Respublikasını bu ölkəyə hücumla təhdid edir.

İran isə bu gülünc ittihamları rədd edərək, MAQATE-nin üzvü və NPT sazişini imzalamış bir dövlət olaraq nüvə enerjisindən istifadə etmək haqqına malik olduğunu bildirir.

İran rəsmiləri hər hansı bir hücum müqabilində düşmənə sarsıdıcı zərbə endiriləcəyi barədə xəbərdarlıq edib.


Story Code: 192650

News Link :
https://www.islamtimes.org/az/news/192650/irana-hücum-israili-viran-qoya-bilər

Islam Times
  https://www.islamtimes.org