QR CodeQR Code

Obama və Romni “atışdı”

4 Sep 2012 17:07

IslamTimes - ABŞ prezidentliyinə iddialılar bir-birini ittiham etdi


ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca hazırki Ağ ev sahibi demokrat Barak Obama ilə respublikaçıların namizədi Mit Romni arasında qarşılıqlı ittihamlar davam edir. Şənbə və bazar günləri Obama Ayova və Kolorado, Romni isə Ohayo və Florida ştatlarında seçiciləriylə görüşüb. Repsublikaçıların namizədi Mit Romni Barak Obamanı 23 milyon amerikalını işziz qoymaqda günahlandırıb. O deyib ki, Obama iqtisadiyyatın canlandırılması səylərinə nail ola bilməyib. Romni 12 milyon yeni iş yerlərinin açılacağı və iqtisadiyyatı enerji müstəqillliyi yoluna qoyacağını bildirib.

Obama isə respublikaçıların keçən həftə təşkil etdiyi Milli Qurultayından danışaraq Romninin eyni siyasətləri təkrar etdiyini deyib. O, respublikaçı rəqibinin ABŞ əsgərlərinin “Taliban”la mübarizə apardığı Əfqanıstandakı vəziyyətə toxunmadığına görə tənqid edib. ABŞ-ın indiki vitse prezidenti demokrat Co Bayden də Mit Romnini hədəf alaraq onun xarici siyasət kursunu tənqid edib. Vitse prezident Romninin Suriya və İranla müharibəyə hazır olduğunu iddia edib. /Azadliq/


Story Code: 192710

News Link :
https://www.islamtimes.org/az/news/192710/obama-və-romni-atışdı

Islam Times
  https://www.islamtimes.org