QR CodeQR Code

Böhranı Suriyadan İraqa ötürməklə bağlı Qərbin təhlükəli planı

4 Sep 2012 23:03

IslamTimes - Qərb dövlətləri və bəzi məntəqə ölkələri bir tərəfdən İraqda fitnəkarlıqla məşğuldur, digər tərəfdən Suriyanı mühasirəyə almağa çalışır.


Qərb dövlətləri və bəzi məntəqə ölkələri bir tərəfdən İraqda fitnəkarlıqla məşğuldur, digər tərəfdən Suriyanı mühasirəyə almağa çalışır. Ən təhlükəli plan böhranın İraqa ötürülməsidir. İraqda da Suriyadakı kimi Azad Ordu yaradılması planı imperialistlərin fitnəkar addımlarındandır. Silahlı müxalifət Suriyadan sıxışdırıldıqca fitnəkarlar böhranı bütün məntəqəyə yaymaqla vəziyyətdən çıxmağa çalışırlar. Böhranı Suriyanın qonşularına, xüsusi ilə Livan və İraqa ötürmək yaxın planlardandır. Sionizm və ABŞ bu plan üzərində işləyir.

İraqda bu günə qədər də ifratçı sələfilər ölkə daxilində terrorla məşğl olub, qətllər törədib. Amma son dövrlər bu qruplarla bağlı müəyyən yeniliklər nəzərə gəlir. Əvvəllər Səudiyyə Ərəbistanı və Qətər İraqda terrorçulara böyük yardımlar göstərirdi. Nəhayət İraq dövləti Ərəbistanı bu qətliamların təşkilatçısı adlandırdı və ortaya məntiqli dəlillər qoydu.

İndi İraq sərhədlərində yeni fitnəkarlıq planlaşdırılır. Riyaz qərara gəlib ki, Suriya böhranını olduğu kimi İraqa köçürsün. Terrorçu qruplaşmalara Azad İraq Ordusu yaratmaq tapşırığı verilib. Maraqlıdır ki, bu ordunun yaradılması ilə bağlı ilk xəbər Səudiyyənin Səfa peyk şəbəkəsi ilə yayımlanıb. Bu şəbəkə ifratçı vəhabilərə məxsusdur. Onlar şayiələr yaymaqla ictimai fikiri çaşdırır, şiələrlə sünnilər arasında qarşıdurma yaratmağa çalışır. Belə bir ordu yaradılması fikri İraqın özündə də bəziləri tərəfindən səsləndirilirdi. Taha Hamid əl-Dəlimi, Haris əz-Zari, Abdullah əl-Dəlimi, Əhməd əl-Cəburi, Kazim ər-Rəbi kimi şəxslər bu mövzuda Səudiyyə Ərəbistanı ilə eyni mövqedən çıxış edir. Bu fikirin arxasında sünnə əhli yox, ifratçı sələfilər dayanır. İraqda sünnə əhli alimləri məzhəblərin yaxınlaşdırılmasına çalışır. İfratçılar isə elan edib ki, Suriyadakı hadisələr İraqda şiələri hakimiyyətdən uzaqlaşdırmaq üçün son fürsətdir.

İfratçı qrupun bəyanatı maraqlıdır. Bu bəyanat İraq dövləti, İraq şiələrinə nifrətlə doludur. Burada İran da hədəfə alınıb. Qərb dövlətləri, ABŞ və sionizm məntəqədə müştərək mənafelərdən çıxış edir. Burada İran hədəfə alınır, Suriyada Azad Ordu himayə edilir, İraqda ordu yaradılır. İran, Suriya və İraqa üç güc mərkəzi olaraq zərbə vurmaq nəzərdə tutulur. İraq dövləti hazırda Suriya dövlətini himayə edir və terrorçular buna görə Bağdaddan intiqam almağa çalışır. Terrorçulara xaricdən dəstək olmasa onlar böyük qüvvəyə malik deyil.

Əgər İraq dövlətinin güc strukturları bu fitnəkar plana qarşı ciddi tədbir görməsə sabitliyə zərbə dəyə bilər. Seyid Kazim Hairi, Şeyx Məhəmməd Yəqubi bu təhlükə ilə bağlı xəbərdarlıq ediblər. Silah alış-verişinin haram edilməsi onların xidmətidir.

İraq dövləti Suriya dövləti və ordusunun təcrübələrindən yararlanaraq terroristlərə silah ötürülməsinin qarşısını almalıdır. Digər tərəfdən məzhəbi ixtilaflara yol verilməməlidir.

"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 192798

News Link :
https://www.islamtimes.org/az/news/192798/böhranı-suriyadan-iraqa-ötürməklə-bağlı-qərbin-təhlükəli-planı

Islam Times
  https://www.islamtimes.org