QR CodeQR Code

Rusiyadan İsrail və müttəfiqlərinə ciddi xəbərdarlıq

6 Sep 2012 20:05

IslamTimes - Rusiya İrana hərbi müdaxilə olarsa, bölgədə fəlakət yaşanacağını bildirib.


Rusiya xarici işlər nazirinin müavini Segey Ryabkov bildirib ki, İranın nüvə proqramı bəhanə edilərək, bu ölkəyə hərbi müdaxilə bölgədə fəlakətə səbəb olacaq. Onun sözlərinə görə, hərbi gücdən istifadə Orta Şərqdə fəlakətə gətirib çıxaracaq və bu, digər bölgələrə də mənfi nəticələri olacaq: “Problemin hərbi yolla həll olunacağını düşünənləri xəbərdar edirik. Hərbi müdaxilə iqtisadi və təhlükəsizlik baxımından dərin şok yaşanmasına və bölgədə qeyri-sabitliyə səbəb olacaq. Üstəlik, bu fəlakətin təsiri yalnız bölgə ilə məhdud qalmayacaq”. /apa/


Story Code: 193324

News Link :
https://www.islamtimes.org/az/news/193324/rusiyadan-israil-və-müttəfiqlərinə-ciddi-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org