0
Thursday 6 September 2012 - 20:05

Rusiyadan İsrail və müttəfiqlərinə ciddi xəbərdarlıq

Story Code : 193324
Rusiyadan İsrail və müttəfiqlərinə ciddi xəbərdarlıq
Rusiyadan İsrail və müttəfiqlərinə ciddi xəbərdarlıq
Rusiya xarici işlər nazirinin müavini Segey Ryabkov bildirib ki, İranın nüvə proqramı bəhanə edilərək, bu ölkəyə hərbi müdaxilə bölgədə fəlakətə səbəb olacaq. Onun sözlərinə görə, hərbi gücdən istifadə Orta Şərqdə fəlakətə gətirib çıxaracaq və bu, digər bölgələrə də mənfi nəticələri olacaq: “Problemin hərbi yolla həll olunacağını düşünənləri xəbərdar edirik. Hərbi müdaxilə iqtisadi və təhlükəsizlik baxımından dərin şok yaşanmasına və bölgədə qeyri-sabitliyə səbəb olacaq. Üstəlik, bu fəlakətin təsiri yalnız bölgə ilə məhdud qalmayacaq”. /apa/
Comment