0
Friday 7 September 2012 - 10:30

“Azərbaycanı seçkilər və media sahəsində islahatlara çağırıram”

Story Code : 193393
“Azərbaycanı seçkilər və media sahəsində islahatlara çağırıram”
“Azərbaycanı seçkilər və media sahəsində islahatlara çağırıram”
“Regionda əldə olunan tərəqqiyə rəğmən təhlükəsizlik sahəsində təhdidlər qalmaqdadır”. Bu fikirləri NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı deyib. O çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Dağlıq Qarabağ münaqişəsi məsələsində iki məsələ aydındır. Münaqişənin hərbi yolla həlli mövcud deyil və irəliyə doğru aparacaq yeganə yol dialoq, kompromis və əməkdaşlıqdır. NATO münaqişənin nizamlanması prosesinə birbaşa cəlb olunmayıb, lakin ATƏT-in Minsk Qrupunun nizamlanmaya yönəlik səylərini tam şəkildə dəstəkləyir”.

Baş katib Azərbaycanın Ramil Səfərovu əfv etmək qərarından narahatlığını ifadə edib: “O, dəhşətli cinayət törədib və onun əfv edilməsi münaqişənin sülh yolu ilə həllinə dəstək vermir”. Anders Foq Rasmussen regionda gərginliyin aradan qaldırılması üçün tədbirlərin görülməsinin və region çərçivəsində əməkdaşlıq imkanlarının yaradılmasının zəruriliyini qeyd edib.

O, Azərbaycanda seçkilərlə bağlı da danışıb: “Azərbaycanı seçkilər və media azadlığı sahələrində islahatları davam etdirməyə çağırıram. Bu islahatların keçirilməsi ölkəyə xeyir gətirəcək.” /apa/
Comment