0
Friday 7 September 2012 - 11:34

İslam Rəhbəri: Tehran Sammiti düşmənləri alçaltdı

Story Code : 193401
İslam Rəhbəri: Tehran Sammiti düşmənləri alçaltdı
İslam Rəhbəri: Tehran Sammiti düşmənləri alçaltdı
Islam times.org/az/ - Cümə axşamı günü Ekspertlər Assambleyası üzvləri qarşısında çıxış edən İslam Rəhbəri deyib: “Axmaq düşmənlər bu sammitlə İrana qarşı siyasi müharibə aparmaq istəyirdilər, ancaq bu onların alçaldıcı şəkildə məğlub olmasına səbəb oldu.”

İslam Rəhbəri əlavə edərək deyib ki, Tehran sammitinin uğurlu keçməsi İranın ağıllı və müdrik siyasətinin sayəsi nəticəsində oldu.

Ayətullah Xamenei bildirib ki, sammitin müsbət tərəfi ondan ibarətdir ki, burada demək olar ki, dünyanın üçdə ikisi toplaşmış və digər beynəlxalq yığıncaqlarda səslənməyən fikirlər səslənmişdir.

Tehran sammitində iştirak edən bəzi dövlət başçılarının və digər iştirakçıların BMT və Təhlükəsizlik Şurası da daxil olmqla dünyanının beynəlxalq diktatura əsasənda idarə olunmasını tənqid etmələri və öz fikirlərini sərbəst ifadə etmələri bu sammiti digərlərindən üstün edir.

Ayətullah Xamenei həmçinin bildirib ki, Tehran sammiti ABŞ-ın rəhbərliyi ilə İrana qarşı tətbiq edilən sanksiyaların yararsız və təsirsiz olduğunu göstərdi və sammit üzvləri gördülər ki, İranın paytaxtında və digər şəhərlərində həyat öz axarı ilə davam edir.

Ayətullah Xamenei həmçinin İrandakı vəziyyət haqqında danışaraq deyib ki, ölkə xeyli uğurlar əldə etməklə inkişaf etməkdədir.
Source : İslamtimes
Comment