0
Friday 7 September 2012 - 12:00

"Müsəlman Qardaşları"ndan Mursiyə xəbərdarlıq

Story Code : 193402
"Müsəlman Qardaşları"ndan Mursiyə xəbərdarlıq
"Müsəlman Qardaşları"ndan Mursiyə xəbərdarlıq
"IslamTimes" İraqın "Ən-Nəxil" xəbər agentliyinə istinadən bildirir ki, "Müsəlman Qardaşları"nın İordaniyadakı siyasi qanadı olan "Əl-əməlul-İslami" partiyası ötən gecə Misir prezidenti Məhəmməd Mursiyə müraciət ünvanlayıb. Uyğun müraciətdə Məhəmməd Mursi yaxın gələcəkdə ABŞ-a olan səfəri çərçivəsində sionist rəsmilərlə görüşməməyə dəvət olunur.

"Əl-əməlul-İslami" partiyasının baş katibi tərəfindən Misir prezidentinə ünvanlanmış bu müraciət uyğun partiyanın rəsmi internət səhifəsində yerləşdirilib.

Müraciətin mətnində oxuyuruq: "İslam peyğəmbərinin (s) nəsihətlə bağlı buyuruqlarını nəzərə alaraq, biz də sizi bu çirkin addımdan, yəni sionistlərlə görüşdən çəkindirmək qərarına gəldik. Çünki uyğun görüş gerçəkləşəcəyi təqdirdə, sizi tənqid etmək məqsədində olanlar, həmişə sizin fəaliyyətlərinizi izləyib, sizə tələ quranlar bu mövzudan sui-istifadə edəcəklər."

Mətnin davamında İşğalçı İsrailin məzlum Fələstin xalqına qarşı törətdiyi cinayətlər, müsəlmanların işğal altında olan müqəddəs məkanlarında yəhudi şəhərciklərinin salınması və digər cinayətləri tənqid edilərək deyilir: "Sionistlərdə olan irqçilik hisslərindən insanlar, bitkilər, hətta cansız daşlar belə amanda deyil."
Comment