QR CodeQR Code

Türkiyə Baş Naziri: İsrailin İrana hücumu regionda “apokalipsisə” səbəb olacaq

İslamtimes , 7 Sep 2012 11:46

İslamtimes - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İran nüvə obyektlərinə hücum etmək ehtimalının sıfıra bərabər olduğunu demiş və xəbərdarlıq edərək bildirmişdir ki, bu cür hücum bütün regionda “apokalipsisə” səbəb olacaq.


islamtimes.org/az/ - CNN telekanalına müsahibə verən və İsrailin İrana mümkün hücumu haqqında suala cavab verən Ərdoğan deyib: “Mən inanmıram ki, İsrail İrana hücum edə. Bu sıfıra bərabər olan ehtimaldır.”

O əlavə edərək deyib: “Mən bu cür hadisələrin regionda baş verməsini istəmirəm, bu gün regionun ehtiyac duyduğu ən mühüm şey sülh və əminamanlıqıdr.”

İsrail dəfələrlə İranı nüvə silahı istehsal etməkdə ittiham edərək hərbi hücumla təhdid edib.

İran isə öz növbəsində Nüvə Silahı Yayılmama Müqaviləsini imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirib və İrana ola biləcək hər hansı bir hücuma qarşı ölümcül cavab verəcəyini bildirib.


Story Code: 193405

News Link :
https://www.islamtimes.org/az/news/193405/türkiyə-baş-naziri-israilin-irana-hücumu-regionda-apokalipsisə-səbəb-olacaq

Islam Times
  https://www.islamtimes.org