QR CodeQR Code

“İran AEBA ilə yüksək səviyyədə əməkdaşlıq edir”

8 Sep 2012 13:32

IslamTimes - Rusiya xarici işlər nazirinin müavini: “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlıq yüksək səviyyədədir”.


APA-nın məlumatına görə, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvada nüvə silahlarının yayılmasının qarşısını almağa həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, İranın bütün nüvə obyektlərinə AEBA müşahidəçiləri tərəfindən yüksək dəqiqliklə nəzarət olunur. S. Ryabkov İranla “altılıq” ölkələri arasında müzakirələrin davam etdiyini də deyib.

Qeyd edək ki, tədbirdə Rusiya, İran, ABŞ, Avropa Birliyi ölkələri, Hindistan, Pakistan və Cənub Afrika ölkələrindən mütəxəssislər iştirak edir.


Story Code: 193659

News Link :
https://www.islamtimes.org/az/news/193659/iran-aeba-ilə-yüksək-səviyyədə-əməkdaşlıq-edir

Islam Times
  https://www.islamtimes.org