0
Saturday 8 September 2012 - 17:05

Pakistanlılar Şiələrə olunan hücumları qınayan nümayişlər keçiriblər

Story Code : 193728
Pakistanlılar Şiələrə olunan hücumları qınayan nümayişlər keçiriblər
Pakistanlılar Şiələrə olunan hücumları qınayan nümayişlər keçiriblər
Islam times.org/az/ - Nümayişçilər cümə günü Pakistan hökumətindən qətillər ilə bağlı ölçü götürməsini tələb ediblər.

Çərşənbə axşamı günü bir həkim və polis zabiti də daxil olmaqla Pakistanın müxtəlif bölgələrindəki hücumlar nəticəsində 6 Şiə Müəslman qətlə yetirilib.

Bu il ərzində bu cür hücumlar nəticəsində təxminən 400 Şiə qətlə yetirilib.

Ölkənin Şiə lideri hökumətdən Şiə Müsəlmanlara qarşı olan bu cür halların dərhal araşdırılmasını tələb edib.

Şiələrin qətlə yetirilməsi İran da daxil olmaqla region ölkələrinin və insan hüquqlarını müdafiə təşkilatlarının böyük narazılığına səbəb olub.

Cümə axşamı günü “Human Rights Watch” insan hüquqlarına nəzarət təşkilatı Pakistan hökumətini ölkədəki Şiə Müsəlmanları müdafiə etmək üçün təcili işlər görməyə çağırıb.

Human Rights Watch-ın Asiya üzrə direktoru Brad Adams deyib: “Bütün Pakistan regionu üzrə Şiə Müsəlmanalra qarşı olan ölümcül hücumların sayı durmadan artmaqdadır.”
Source : İslamtimes
Comment