QR CodeQR Code

“Rusiya İranın nüvə proqramının təhlükəli olduğuna dair heç bir dəlilə rast gəlməyib”

8 Sep 2012 18:34

IslamTimes - Sergey Ryabkov: “Rusiya İranın nüvə proqramının təhlükəli olduğuna dair heç bir sənəd və ya dəlilə rast gəlməyib”.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müşahidəçiləri də bu günə qədər İranın nüvə proqramının hərbi məqsəd daşıdığına dair hansısa bir hesabat verməyiblər: “Ona görə də Rusiya hərbi həll yolunun çox zərərli, məntiqsiz və dağıdıcı və bölgə sabitliyi üçün də faciə olacağını düşünür və macərapərəstlik niyyətində olan dövlətlərə xəbərdarlıq edir. İrana hərbi müdaxilə Orta Şərq və onun sərhədlərindən kənar bölgələrin iqtisadi və təhlükəsizlik sahələri üçün çox böyük şok olacaq”.


Story Code: 193754

News Link :
https://www.islamtimes.org/az/news/193754/rusiya-iranın-nüvə-proqramının-təhlükəli-olduğuna-dair-heç-bir-dəlilə-rast-gəlməyib

Islam Times
  https://www.islamtimes.org