QR CodeQR Code

Sarkisyan Şuşada obyektlərə baş çəkib

8 Sep 2012 23:52

IslamTimes - İşğal altında olan Azərbaycan torpağı Dağlıq Qarabağa səfər edən Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 8-i Şuşada Xaçatur Abovyan adına məktəbin təmirdən sonrakı açılış mərasiminə qatılıb.


“Media forum” saytının məlumatına görə, Serj Sərkisyan işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla birgə Şuşada tikintisi gedən bəzi obyektlərə də baş çəkib.

Serj Sərkisyan Dağlıq Qarabağa rejiminin başçısı Bako Saakyanın andiçmə mərasimində iştirak etmək üçün gedib. İyulun 19-da keçirilmiş “prezident seçkisinin” qalibi elan olunan Bako Saakyan sentyabrın 7-də vəzifəsinin icrasına başlayıb. Bako Saakyan 2007-ci ildən separatçılara başçılıq edir.


Story Code: 193823

News Link :
https://www.islamtimes.org/az/news/193823/sarkisyan-şuşada-obyektlərə-baş-çəkib

Islam Times
  https://www.islamtimes.org