0
Monday 10 September 2012 - 00:36

Zabit şəhid olub, yoxsa komandiri tərəfindən öldürülüb?

Story Code : 194122
Zabit şəhid olub, yoxsa komandiri tərəfindən öldürülüb?
Zabit şəhid olub, yoxsa komandiri tərəfindən öldürülüb?
Müdafiə Nazirliyi Bakı sakini Lətifə Bədəlovanın iddialarına cavab verib. Xatırladaq ki, Lətifə Bədəlova Ağcabədidə yerləşən “N” saylı hərbi hissədə zabit kimi xidmət keçən oğlu Elşad Həsənovun tabor komandiri mayor Bahadur Cəfərov tərəfindən öldürüldüyünü iddia edir.
O, “Azadlıq”a bildirib ki, Bahadur Cəfərovla oğlunun arasında konflikt olub: “Oğlum həmin hərbi hissəyə gedən gündən Bahadur Cəfərov ona təzyiqlər edib. Bunun kökündə isə o dayanıb ki, Bahadur Cəfərov oğlumdan pul istəyib. Təsəvvür edin, tabor komandiri elə ilk gündən öz əlaltıları vasitəsilə oğluma xəbər göndərib ki, pul versin kazarmanı təmir elətdirək. Lakin oğlum hələ maaş almadığını deyib və əlavə edib ki, əmək haqqını aldıqdan sonra deyilən məbləği ödəməyə hazırdır. Bundan sonra oğlum evə zəng vuraraq hərbi hissəyə kabel gətirməyimizi xahiş edib. Biz 500 metr kabel alaraq hərbi hissəyə aparmışıq. Istəməmişik ki, Bahadur Cəfərov övladımıza təzyiq etsin. Lakin tabor komandirinin təzyiqləri səngiməyib”.
Lətifə Bədəlovanın sözlərinə görə, tabor komandiri oğlunu dəli adı ilə hərbi hospitala göndərib. Oğlu hospitaldan çıxıb hərbi hissəyə qayıtdıqda isə onu kazarmaya buraxmayıb. Bahadur Cəfərovla Elşad Həsənovun arasındakı konflikt getdikcə dərinləşib. 2011-ci ildə iyulun 27-də isə oğlu öldürülüb. Lətifə Bədəlovaya oğlunun düşmən gülləsindən öldüyü bildirilsə də, o buna inanmır. Mərhum zabitin anası oğlunun ölümünə görə Bahadur Cəfərovu ittiham edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə “Azadlıq”a bildirib ki, Elşad Həsənov şəhid olub: “Fakt ondan ibarətdir ki, Həsənov Elşad 2011-ci ilin iyulunda Ağdamın Yusifcanlı kəndi yaxınlığında düşmən gülləsi ilə şəhid olub. Bizim üçün hər bir ölüm itkidir. Buna görə də nə maraq ola bilər ki, qətli şəhid kimi və ya əksinə təqdim edək. Allah şəhidimizə rəhmət etsin”. /Azadliq.info/
Comment