QR CodeQR Code

Bakıda MTN-in iki əməkdaşını maşın vurub

10 Sep 2012 10:00

IslamTimes - Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı piyada qismində minik avtomobili tərəfindən vurulub, nəticədə biri ölüb, biri ağır xəsarət alıb.


Səbail rayon prokurorluğundan bazar ertəsi Trend-ə bildirilib ki, şənbə günü saat 12:40 radələrində MTN-in inzibati binası qarşısında 1957-ci il təvəllüdlü Elyar Bəşir oğlu Hüseynov idarə etdiyi 90 XL 633 dövlət nömrə nişanlı "Toyota-Prado" markalı avtomobillə MTN-in əməkdaşları olan 1984-cü il təvəllüdlü Zülfiyyə Ələsgər qızı Nəsirova və 1988-ci il təvəllüdlü Kəmalə Əhliman qızı Cavadovanı vurub. Nəticədə Nəsirova aldığı xəsarətlərdən yerindəcə ölüb, Cavadova isə ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. /anspress/


Story Code: 194184

News Link :
https://www.islamtimes.org/az/news/194184/bakıda-mtn-in-iki-əməkdaşını-maşın-vurub

Islam Times
  https://www.islamtimes.org