QR CodeQR Code

ABŞ-dan Ermənistana 2.5 milyon dollar

11 Sep 2012 06:55

IslamTimes - Vəsait məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə xərclənməlidir


ABŞ hökuməti Ermənisatana 2.5 milyon dollar yardım ayırıb. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, vəsait məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsinə xərclənməlidir. İslahatlarda əsas məqsədin narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirmək və iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı genişləndirmək olduğu bildirilir.

Qeyd edək ki, niyyət razılaşması ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern Ermənistanın baş prokuroru Aqvan Ovsepyan tərəfindən imzalanıb. İmzalanma mərasimində erməni baş prokuror bildirib ki, layihələrin icrası üçün ABŞ artıq 18 milyon dollar vəsait ayırıb. Bu 2.5 milyon dollar da həmin yardımın davamıdır.


Story Code: 194484

News Link :
https://www.islamtimes.org/az/news/194484/abş-dan-ermənistana-2-5-milyon-dollar

Islam Times
  https://www.islamtimes.org