QR CodeQR Code

Klinton da İsraili məyus etdi

11 Sep 2012 08:35

IslamTimes - ABŞ-dan İrana “qırmızı xətt” xətt qoymağı tələb edən İsrail rəhbərliyini Hillari Klinton məyus edib.


AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, dövlət katibi Blomberq telekanalına müsahibəsində bildirib ki, ABŞ İranın addımlarını diqqətlə izləyir amma, Tehrana “qırmızı xətt” qoymaq niyyətində deyil. Xanım Klinton İsrail hökumətinin daha tez qərar qəbul edilməsi ilə bağlı istəyini başa düşdüyünü də dilə gətirib və əlavə edib ki, amerikanın izlədiyi xətt tamam başqadır. “Biz diqqətimizi sanksiyalara yönəltmişik. Çalışırıq ki, yolla nəticə əldə edilsin”.

Xatırladaq ki, İsrailin hökumət rəhbəri Binyamin Netenyahu Kanada televizyasına müsahibəsində ABŞ-dan İrana “qırmızı xətt” təyin etməyi tələb etmişdi. Amma ABŞ rəsmiləri dəfələrlə İranla müharibə etmək üçün həm münasib zəminə olmadığını, həm də bu addımın yanlış addım olduğunu bildiriblər. Bir çox ekspertlər İsrail rejiminin İrana hücum edəcəyi təqdirdə özünün qısa müddətdə viran olacağını bildirir. /AzNews/


Story Code: 194485

News Link :
https://www.islamtimes.org/az/news/194485/klinton-da-israili-məyus-etdi

Islam Times
  https://www.islamtimes.org