0
Tuesday 11 September 2012 - 23:38

İİR-ın milli istehsalı olan 2 min km məsafəli "Meşkat" raketləri

Story Code : 194678
İİR-ın milli istehsalı olan 2 min km məsafəli "Meşkat" raketləri
İİR-ın milli istehsalı olan 2 min km məsafəli "Meşkat" raketləri
Siyasəti Din üzərində quran İran İslam Respublikası “Aerokosmik” sahədə daha yeni bir uğur kəsb edib. Belə ki, İran İslam Respublikasının Aerokosmik Təşkilatının rəhbəri Mehdi Fərəh, yaxın gələcəkdə İran İslam Respublikasının 2 min km uçuş qabiliyyətinə malik olan "Meşkat" raketlərinin kütləvi istehsalına başlayacağını bildirib.

İİR-ın istehsalı olan Kruz raketlərinin qabiliyyəti haqqında danışan Fərəh, bu raketlərin uçuş məsafəsini daha da inkişaf etdirib artırılmasın, təşkilatın proqramlarının prioritetlərindən biri olduğunu qeyd edib.

Aerokosmik Təşkilatının rəhbəri Mehdi Fərəh, təşkilat olaraq raket istehsalına 15 km məsafə uçuşuna malik olan raketlərlə başladıqlarını və yavaş yavaş irəliləyərək Zəfər, Nəsr, Nur, Qədər və Qədir tipli raketlərini istehsal etməy bacarığına malik olduqların bildirib.

Hazırda 14 yeni Kruz raketləri üzərində işlərini davam etdirdiklərini ifadə edən Fərəh, yaxın gələcəkdə Rəd və Meşkat raketlərinin təqdim edəcəklərini vurğulayıb.

Cənab Fərəf daha sonra 2 min km uçuş məsafəsinə malik olan Meşkat raketlərinin İran İslam Respublikasının ən inkişaf etmiş raketlərindən biri olduğunu vurğuluyub.
Source : Abna
Comment