QR CodeQR Code

ABŞ-ın Benqazidəki konsulluğuna silahlı hücüm

12 Sep 2012 09:13

IslamTimes - Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna bir qrup liviyalı silahlı hücum edib, bir nəfər ABŞ vətəndaşı həlak olub. Daha bir ABŞ vətəndaşı yaralanıb


APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, konsulluğun qarşısında etiraz aksiyası keçirən liviyalılar sonradan binanı qumbaraatandan atəşə tutublar. Konsulluğun binası tamamilə yanıb.
Yerli polis bildirib ki, konsulluğun işçiləri təhlükəsiz yerə evakuasiya olunub. Hücuma səbəb ABŞ-da İslamı təhqir edən filmin çəkilişi olub.

Sentyabrın 11-də etiraz aksiyası ABŞ-ın Qahirədəki səfirliyin qarşısında olub. Etirazçılar səfirliyin binası üzərindəki ABŞ bayrağını çıxarıblar.


Story Code: 194743

News Link :
https://www.islamtimes.org/az/news/194743/abş-ın-benqazidəki-konsulluğuna-silahlı-hücüm

Islam Times
  https://www.islamtimes.org