QR CodeQR Code

Misirdə nümayişçilər ABŞ bayrağını yandırıblar

FaktXeber , 12 Sep 2012 10:34

IslamTimes - Misirin paytaxtı Qahirə şəhərində yerləşən ABŞ səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.


Buna səbəb Ameirkada bir qrup qipti tərəfindən Məhəmməd (s) peyğəmbər əleyhinə çəkilən filmdir. Filmdə İslam peyğəmbərinə qarşı olunan həqarətlər misirlilərin etirazına səbəb olub. Buna görə yüzlərlə misirli səfirlik qarşısında toplaşaraq filmin yayıma getməməsi üçün ABŞ dövlətinə etiraz ediblər.

Qeyd edək ki, aksiya zamanı səfirliyin binasına çıxan nümayişçilər oradan ABŞ-ın bayrağını endiriblər. Bundan sonra bayrağı yandıran nümayişçilər müxtəlif şüarlar səsələndiriblər. Misirdə müsəlman vətəndaşlar tərəfindən keçirilən aksiyada xristianlar da iştirak edib.


Story Code: 194747

News Link :
https://www.islamtimes.org/az/news/194747/misirdə-nümayişçilər-abş-bayrağını-yandırıblar

Islam Times
  https://www.islamtimes.org