Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrail baş naziri Netanyahu ABŞ-a səfəri çərçivəsində Amerika prezidenti Barak Obama ilə görüşmək istəyib. Ancaq Ağ Ev Netnyahunun bu tələbini rədd edib.
Buna səbəb kimi isə Barak Obamanın həmin tarixlərdə başqa şəhərdə olacağı göstərilib. İşğalçı İsrailin baş naziri Netanyahu Barak Obama yerinə ABŞ xarici işlər naziri Klintonla görüşəcək.