QR CodeQR Code

Amerikalılar Liviyadan qaçdı

13 Sep 2012 06:35

IslamTimes - ABŞ Benqazidəki konsulluğun əməkdaşlarını Almaniyaya köçürüb.


ABŞ hökuməti səfir Kristofer Stivensin ölümü ilə nəticələnmiş hücumdan sonra Benqazidəki konsulluğun əməkdaşlarını Liviyadan çıxarıblar. Konsulluq əməkdaşları Almaniyaya köçürülüblər. Həmçinin paytaxt Tripolidəki səfirliyin əməkdaşlarının sayı da azaldılıb. Baş vermiş qətli Federal Təhqiqat Bürosu araşdırmağa başlayıb.

Xatırladaq ki, Liviyanın Benqazi şəhərində «Müsəlmanların günahsızlığı» filminə etiraz olaraq keçirilən aksiya zamanı ABŞ-ın bu ölkədəki səfiri və daha 3 diplomat qətlə yetirilib.


Story Code: 195006

News Link :
https://www.islamtimes.org/az/news/195006/amerikalılar-liviyadan-qaçdı

Islam Times
  https://www.islamtimes.org