QR CodeQR Code

ABŞ səfirliyinə növbəti hücum

13 Sep 2012 13:03

IslamTimes - Misirdə “Müsəlmanların günahsızlığı” filminə etiraz edən nümayişçilər gecə saatlarında ikinci dəfə Qahirədəki ABŞ səfirliyinə hücum ediblər.


Polis gözyaşardıcı qaz və xəbərdarlıq atəşləri ilə nümayişçilərin qarşısını almağa çalışıb. Daha sonra etirazçılar səfirliyin binasını daşa basıblar. Aksiya zamanı bir avtomobil də yandırılıb. Hadisə nəticəsində 10 nəfərdən artıq insan xəsarət alıb.

Xatırladaq ki, Liviyanın Benqazi şəhərində «Müsəlmanların günahsızlığı» filminə etiraz olaraq keçirilən aksiya zamanı ABŞ-ın bu ölkədəki səfiri və daha 3 diplomat qətlə yetirilib. /Publika.az/


Story Code: 195113

News Link :
https://www.islamtimes.org/az/news/195113/abş-səfirliyinə-növbəti-hücum

Islam Times
  https://www.islamtimes.org