QR CodeQR Code

Yəməndə də ABŞ səfirliyinə hücüm edildi

13 Sep 2012 13:20

IslamTimes - Yəməndə ABŞ səfirliyinə qarşı hücum olub. Səfirliyin mühafizə xidməti etirazçılara atəşə açıb.


Teleqraf.com-un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, Liviyanın Benqazi şəhərində «Müsəlmanların günahsızlığı» filminə etiraz olaraq keçirilən aksiyadan sonra Misirdə ABŞ səfirliyinə hücum olub.

Bu gün isə ABŞ-ın Yəməndəki səfirliyi etirazçıların hücumuna məruz qaldığı bildirilir. Səfirliyin mühazifə xidməti aksiyada iştirak edən Yəmən vətəndaşlarına qarşı atəş açıb. Hazırda gərginliyin davam etdiyi və aksiyanın şiddətləndiyi vurğulanır.


Story Code: 195119

News Link :
https://www.islamtimes.org/az/news/195119/yəməndə-də-abş-səfirliyinə-hücüm-edildi

Islam Times
  https://www.islamtimes.org