QR CodeQR Code

İsraildəki ABŞ səfirliyi qarşısında da nümayiş keçirildi

14 Sep 2012 08:42

IslamTimes - Bu gün İsraildəki 100-ə yaxın müsəlman Tel Əvivdəki ABŞ səfirliyi qarşısında toplaşaraq nümayiş keçirib.


ANN.Az-ın “Jerusalem post”-a istinadən verdiyi xəbərə görə, nümayişçilər Məhəmməd Peyğəmbərin və müsəlmanların təhqir olunduğu filmə etiraz edib.

Etirazçılar “Youtube”-da yayılan və İslam peyğəmbərinə hörmətsizlik edən videoya olan qəzəblərini ifadə etmək üçün səfirlik qarşısında toplaşdıqlarını bildiriblər. Uğun film dünyada ABŞ-a qarşı böyük etiraz aksiyaları keçirilməsinə səbəb olub. Hətta xristianlar belə ABŞ-a qarşı aksiyalara qatılır.


Story Code: 195299

News Link :
https://www.islamtimes.org/az/news/195299/israildəki-abş-səfirliyi-qarşısında-da-nümayiş-keçirildi

Islam Times
  https://www.islamtimes.org