0
Friday 14 September 2012 - 08:58

Peyğəmbərin təhqir olunması Banqladeşi də ayağa qaldırdı

Story Code : 195300
Peyğəmbərin təhqir olunması Banqladeşi də ayağa qaldırdı
Peyğəmbərin təhqir olunması Banqladeşi də ayağa qaldırdı
Banqladeşin paytaxtı Dəkkədə 1000 nəfərə yaxın islamçı ABŞ-ın bu ölkədəki səfirliyinə daxil olmağa cəhd edib.

Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, polislə etirazçılar arasında qarşıdurma yaranıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, müsəlmanlar Məhəmməd Peyğəmbərlə bağlı müsəlmanların hisslərini təhqir edən filmə görə ABŞ-ın rəsmi şəkildə üzr istəməsini tələb ediblər.

Nümayişçilər Amerika əleyhinə şüarlar səsləndiriblər. Etirazçıların lideri bildirib ki, daha mütəşəkkil aksiyalar keçiriləcək və ola bilsin ki, ABŞ səfirliyini mühasirəyə alacaqlar.
Comment