0
Friday 14 September 2012 - 09:13

Peyğəmbəri təhqir edən rejissor etiraf etdi

Story Code : 195301
Peyğəmbəri təhqir edən rejissor etiraf etdi
Peyğəmbəri təhqir edən rejissor etiraf etdi
Məhəmməd Peyğəmbəri və müsəlmanları təhqir edən və bütün dünyada geniş etiraza səbəb olan "Müsəlmanların məsumluğu" adlı filmin rejisoru Sam Basil filmin cəmiyyətdə siyasi qarşıdurma yaratmaq məqsədi ilə çəkildiyini etiraf edib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, İsrail əsilli Amerika vətəndaşı Basil Amerikanın "Wall Street Journal" qəzetinə verdiyi açıqlamasında müsəlmanları təhqir etməkdən belə çəkinməyərək deyib: "İslam xərçəng, müsəlmanlar isə məhv edilməli həşaratlardır. Bu film üçün 100 israillidən 5 milyon dollar almışam və filmi İsrail üçün çəkmişəm"

Sam Basil ABŞ-ın Florida ştatında Quranı yandıran rahib Terri Conesdən də dəstək aldığını bildirib.
Comment