0
Friday 14 September 2012 - 11:07

İslam Rəhbəri: Anti İslam filminə görə əsas günahkarlar ABŞ və Sionizmdir

Bu cinayətdə əsas şübhəlilər Sionist və ABŞ hökumətidir.
Story Code : 195312
İslam Rəhbəri: Anti İslam filminə görə əsasə günahkarlar ABŞ və Sionizmdir
İslam Rəhbəri: Anti İslam filminə görə əsasə günahkarlar ABŞ və Sionizmdir
Islam times.org/az/ - İslam İnqilabı Rəhbəri Ayətullah əl-üzma Seyyid Əli Xamenei ABŞ və Sionizmin həyata keçirdiyi düşmən siyasətini tənqid edərək bildirib ki, Məhəmməd Peyğəmbəri (s) təhqir edən yeni çəkilmiş Amerika filminin arxasında da bu iki dövlət durur.

Ayətullah əl-üzma Xamenei cümə axşamı günü anti-İslami film haqqında müraciət edib. Müraciətin tam mətni aşağıdakı kimidir:

Mehriban və Mərhəmətli Allahın adı ilə.
Əziz İran xalqı, böyük İslam ümməti.
İslam düşmənləri Həzrət Peyğəmbəri (s) təhqir etməklə bir daha dərin kök atmış kin və düşmənçiliklərini aşkar etmiş oldular və ağılsız və düşüncəsiz şəkildə təşkil edilmiş bu tədbirlər bugünkü dünyada İslamın və Müqəddəs Quranın günü-gündən artan parıltısına qarşı şeytan Sionistlərin qəzəb və hiddətinin göstəricisidir.

Bu cinayətə və böyük günaha yol verənlərin rüsvay olmalarına gəlincə demək olar ki, onlar öz mənfur cəfəngiyyatları ilə dünya müqəddəslikləri içərisindən ən müqəddəs və parlaq olan şəxsi hədəfə alıblar.

Bu şeytani filmin arxasında mənasız xəyalları ilə öz dini fikirlərini yaymaq və İslam müqəddəslərinin yüksək məqamını İslam dünyasındakı gənc nəslin gözündən salmaq üçün Sionist, ABŞ və digər qlobal güclərin rəhbərləri dayanır.

Əgər onlar Salman Rüşdü, danimarkalı rəssam və Müqəddəs Quranı yandıran keşişi dəstəkləməsəydilər və Sionist kapitalistlərinə bağlı olan kompaniyalara onlarla anti-İslam filminin çəkilişinə görə sifariş verməsəydilər bugün böyük və bağışlanılmaz bir günaha gətirib çıxarmazdı.

Bu cinayətdə əsas şübhəlilər Sionist və ABŞ hökumətidir. Əgər ABŞ siyasətçiləri bu filmdə onların əllərinin olmadığı iddialarında düzdürlərsə bu zaman onlar gərək bu böyük cinayət müqabilində öz cəzalarını almaları üçün Müsəlman xalqlarının qəlbini kədərlə dolduran bu mənfur cinayətin səbəbkarlarını və onların maliyyə hamilərini tutaraq aşkar etməlidirlər.

Müsəlman qardaş və bacılar bilməlidirlər ki, İslami Oyanışın baş qaldırdığı bir zamanda düşmənin bu təsirsiz filmi bu oyanışın mühümlüyündən və onun artan təsirindən xəbər verir.

Seyyid Əli Xamenei
13 Sentyabr, 2012
Source : İslamtimes
Comment