QR CodeQR Code

Film qınanır, bəs onu hazırlayanlar?!

14 Sep 2012 12:52

IslamTimes - Barroso: "İslam Peyğəmbərinə hörmətsizlik olunan film ifadə azadlığının sui-istifadəsidir"


Misir prezidenti Məhəmməd Mursiylə görüşən AB Komissiyasının başçısı Xose Manual Barroso, "Avropa Birliyi daim qarışıqlıq yaratmaq üçün dindən istifadə edənləri qınayıb. İslam və digər bütün dini inanclara dərindən hörmət edirəm. İslam, ya da digər dinlərə qarşı gördüyümüz bu cür hərəkətlər qəbul edilə bilməz. İfadə azadlığı nifrət, dözümsüzlük, ya da mühakimə təbliğatıyla zidd olmamalıdır. Bəzən qarşılaşdığımız, dinlərə və insanlara qarşı nifrət yayan hadisələri şiddətlə qınayıram", - deyib. Barosso filmi qınasa da onu sifariş verən ABŞ və İsrailin adını belə çəkməyib.

Xatırladaq ki, filmin rejisoru Sam Basil filmin cəmiyyətdə siyasi qarşıdurma yaratmaq məqsədi ilə çəkildiyini etiraf edib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, İsrail əsilli Amerika vətəndaşı Basil Amerikanın "Wall Street Journal" qəzetinə verdiyi açıqlamasında müsəlmanları təhqir etməkdən belə çəkinməyərək deyib: "İslam xərçəng, müsəlmanlar isə məhv edilməli həşaratlardır. Bu film üçün 100 israillidən 5 milyon dollar almışam və filmi İsrail üçün çəkmişəm"

Misir prezidenti Mursi də müsəlmanları təhqir edən və İslam dünyasında böyük nifrət yaradan ABŞ-da istehsal edilmiş filmi sərt şəkildə qınadığını deyib. /Faktxeber/


Story Code: 195321

News Link :
https://www.islamtimes.org/az/news/195321/film-qınanır-bəs-onu-hazırlayanlar

Islam Times
  https://www.islamtimes.org