QR CodeQR Code

ABŞ-ın Qahirə səfiri Misiri tərk edib?

15 Sep 2012 07:06

IslamTimes - Misir mətbuatının verdiyi xəbərə görə, ABŞ səfiri qəzəbli xalqın kütləvi etirazlarından sonra Misir paytaxtı Qahirəni tərk edib.


Xatırladaq ki, bir gün öncə "Əl-Ərəbiyyə" kanalı da bildirmişdi ki, ABŞ-ın Qahirə səfirindən kimsənin məlumatı yoxdur və o, səfirliyi tərk edib.

Digər tərəfdən "Əl-Cəzirə"nin verdiyi məlumata görə, məlum filmə görə etiraz edən kütlədən qorunmaq üçün ABŞ və İngiltərə səfirlikləri qarşısında 4 metrlik divar hörülüb.

Xatırladaq ki, Qahirənin qəzəbli xalqı iki gün əvvəl də ABŞ səfirliyinə daxil olmuş və bayrağı endirərək yandırmışdılar. Onlar ABŞ-ın Misir səfirinin ölkəni tərk etməsini və Barak Obamanın müsəlman dünyasından üzr istəməsini tələb etmişdilər.

Ağ Ev öz növbəsində Misir hökumətindən Xüsusi Təyinatlı Dəstəsini Misirə daxil etməsi üçün icazə istəmiş, Misir buna razılıq verməmişdi. /Deyerler/


Story Code: 195495

News Link :
https://www.islamtimes.org/az/news/195495/abş-ın-qahirə-səfiri-misiri-tərk-edib

Islam Times
  https://www.islamtimes.org