0
Saturday 15 September 2012 - 07:10

Səlibçi Avropa İrəvanın arxasında

Story Code : 195496
Səlibçi Avropa İrəvanın arxasında
“Panarmenian”ın verdiyi məlumata görə, müvafiq sənəddə avropalı parlamentarilərin Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanmasına, ona mayor rütbəsinin və çəkdiyi 8 ilin əməkhaqqının təzminat şəklində verilməsinə görə təəssüf hissi keçirdiyi vurğulanıb. Qətnaməyə səs verən deputatlar Ermənistan və Azərbaycanı Qarabağ probleminin həllinə yönələn sülh danışıqlarını davam etdirməyə çağırıb.

Qətnamədə həmçinin Azərbaycan hökumətinə məhkəmə sisteminin təkmillədirilməsi istiqamətində səylər göstərilməsi çağırışı yer alıb.

Avropa Parlamentinin sədri müvafiq qətnaməni Avropa Şurasına, Avropa Komissiyasına, Azərbaycan hökuməti və parlamentinə, habelə Avropa Birliyinə daxil olan ölkələrin hökumətlərinə və parlamentlərinə təqdim edəcək. /HaqqYolu/
Comment