0
Saturday 15 September 2012 - 15:06

İran və Rusiya dollardan imtina etdi

Story Code : 195632
İran və Rusiya dollardan imtina etdi
İran və Rusiya dollardan imtina etdi
Bu barədə məlumatı “Fars” xəbər agentliyi İranın Rusiyadakı səfiri Seyid Rza Səccadiyə istinadən yayıb.

Safir bildirib ki, dolların rubl və rialla əvəzlənməsi barədə razılaşma iki ölkə prezidentinin Astanada keçirilən görüşü zamanı əldə edilib: ”Biz bu qərar əsasında hərəkət etdik və bizim ticarətimizin müəyyən hissəsi rubla həyata keçirilir” deyə səfir vurğulayıb.

Rusiyanını İrana qarşı sanksiyalara qarşı çıxdığını xatırladan səfir bu dəstəkdən razı qaldıqlarını da diqqətə çatdırıb.

Qeyd edək ki, İran Hindistan, Çin və Yaponiya ilə ticarətdə da alternativ valyutadan istifadəyə başlayıb. /AzNews/
Comment