0
Monday 17 September 2012 - 09:23

Əfqanıstan NATO qüvvələrini 9 qadının ölümündə günahlandırır

Story Code : 196112
Əfqanıstan NATO qüvvələrini 9 qadının ölümündə günahlandırır
Yerli hakimiyyətin məlumatına görə qadınlar bazar günü səhər Laqman əyalətindəki Alinqar kəndində çırğı yığmağa çıxarkən NATO təyyarəsi onları bombalayıb.

Prezident Hamid Karzai dinc sakinlərə hücumu pisləyib.

ABŞ hərbçiləri bundan öncə hədəfin 45 yaraqlı olduğunu, amma az sonra dinc sakinlər arasında itkilər ola bilməsindən dərin təəssüf bildirib.

Zabul Əyalətində isə 4 ABŞ əsgərinin cəsədi aşkar edilib.

Bundan başqa 2 əsgər yaralanıb.

Onlara polis formasında olan yaraqlılar hücum edib.

Onlardan biri ölüb, qalanları isə aradan çıxıblar. /HaqqYolu/
Comment