0
Tuesday 18 September 2012 - 09:24

ABŞ-ın 6 qırıcı təyyarəsi yerindəcə məhv edilib

Story Code : 196382
ABŞ-ın 6 qırıcı təyyarəsi yerindəcə məhv edilib
Sentyabrın 14-də NATO-nun Əfqanıstanın Hilmənd əyalətindəki Kemp Bastion Həbi Hava Bazasına hücumda hərəsində 5 “Taliban” döyüşçüsü olmaqla, 3 qrup iştirak edib.

ABŞ əsgərlərinin formasını geyinmiş “Taliban” döyüşçüləri bazanın ətrafındakı səddi aşaraq, uçuş zolağına daxil olublar. Onlar 6 qırıcı təyyarəni məhv edib, 2 qırıcı təyyarəyə ciddi ziyan vurub, 3 yanacaqdoldurma məntəqəsini yandırıblar. Qırıcı təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olub. Bu, indiyə qədər NATO-nun Əfqanıstandakı hərbi texnikasına vurulan ən böyük zərbədir.

Qeyd edək ki, Böyük Britaniya şahzadəsi Harri məhz Kemp Bastion Həbi Hava Bazasında xidmətə başlayıb. Məhz bu səbəbdən də bu baza “Taliban” Hərəkatının xüsusi diqqət mərkəzində olub. Sentyabrın 14-də bazaya hücumdan sonra NATO 2 əsgərin öldüyü barədə xəbər yaymış, qırıcı təyyarələrin məhv edildiyini açıqlamamışdı. /islam-azeri/
Comment