0
Tuesday 18 September 2012 - 18:43

Masallıda həbs olunanların sayı 7 nəfərə çatdı

Story Code : 196547
Masallıda həbs olunanların sayı 7 nəfərə çatdı
Xəbər verdiyimiz kimi Masallıda dindarlar Araz Quliyev, Ziya Tahirov və Rza Ağalıya xuliqanlıq ittihamı ilə cinayət işi açılmışdı. Sentyabrın 10-da Masallı Rayon Məhkəməsi dindarlar – “Xeber44.com” saytının rəhbəri Araz Quliyev və Rza Ağalı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Artıq Araz Quliyev və Ziya Tahirov Kürdəxanı istintaq təcridxanasına köçürülüb. Onlarla birgə həbs olunan Rza

Əldə etdiyimiz məlumata görə, Masallıda dindarların həbsi davam edir. Artıq bir neçə gün ərzində Xalid Kazımov, Surac Ağayev, Quliyev Vüsal, Nicat Əliyev adlı inanclılar polis tərəfindən saxlanılıb. Onların nəyə görə saxlanıldığı barədə məlumat verilməyib. Ancaq onların ictimai fəal olduqlarına görə həbs olunduğu bildirilir.

Masallı şəhərində çay evində işləyən dindar Nicat Əliyev polis tərəfindən saxlanılıb. Nicat Əliyev "Xeber44.com"-un baş redaktoru Araz Quliyevin qaynıdır.

Qeyd edək ki, həbs olunanlardan Araz Quliyev Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) təqsirləndirilir.

Cinayət Məcəlləsindən çıxarış: Maddə 221. Xuliqanlıq

221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. /faktxeber/
Comment