0
Tuesday 18 September 2012 - 19:05

"Mossad"ın keçmiş şefindən sensasion açıqlama

Story Code : 196550
"Mossad"ın keçmiş şefindən sensasion açıqlama
İsrail Xarici Kəşfiyyat İdarəsinin keçmiş başçısı Meir Daqan yenidən İranın nüvə obyektlərinə hücumu məsələsinə toxunub və öz ölkəsinin baş nazirini “ağılsızlıq”da günahlandırıb.

CBS-in müxbirlərinə müsahibəsində M. Daqan bildirib ki, İsrailin İrana zərbə endirmək cəhdi Yaxın Şərqdə irimiqyaslı müharibənin başlanmasına gətirib çıxaracaq.
“60 dəqiqə” proqramında çıxış edən “Mossad”ın sabiq rəhbəri qeyd edib ki, bu cəhd bütün ölkə ərazisində fövqəladə vəziyyətin yaranmasına səbəb olac. Bu da uzun müddət ərzində ölkə vətəndaşlarının gündəlik yaşam tərzində kardinal dəyişikliklərə gətirib çıxaracaq.
Verilişdə istifadə etdiyi cümlə və sözlərdən çəkinməyən Daqan İsrailin baş naziri Benyamin Netanyahunun hərəkətlərinə də qiymət verib. Onun sözlərinə görə, İsrailin hökumət başçısı insan ağılsızlığının yeni standartlarını göstərir: “İrana hücum mənim eşitdiyim və onun həyatda etdiyi ən böyük ağılsızlıq olacaq”.
Comment