QR CodeQR Code

Lənkəranda ABŞ əleyhinə aksiya

19 Sep 2012 06:30

IslamTimes - Lənkəranda dindarların kütləvi etiraz aksiyası keçirilib.


Modern.az-ın məlumatına görə, şəhərin “Qalayçılar” məscidinə yığışan və ABŞ-da istehsal olunmuş “Müsəlmanların məsumluğu” filminə etiraz edən 100-lərlə dindar Amerika əleyhinə şüarlar səsləndiriblər.

Aksiyanın icazəli olduğu bildirilir. Çıxış edənlər “Lənkəran ictimaiyyətinin, ağsaqqallarının” nümayəndələri adından filmi pisləyiblər. Dindarların müəyyən qrupları “Allahu əkbər!” təkbirləri səsləndirsələr də, aksiyanın təşkilatçıları toplaşanları təmkinli olmağa çağırıblar.

Mikrofonla çıxış edən natiqlər İslam peyğəmbərinin təhqir edilməsini pisləyiblər və bunun üçün məsuliyyəti olanların cəzalandırılmasını tələb ediblər. Məscidin ətrafında xeyli polis olsa da, aksiyaya müdaxilə olunmayıb.

Aksiyanın sonunda qətnamə qəbul olunub. Məscidə yığışan dindarlar özləri ilə İslam dininin rəngi olan yaşıl bayraqlar gətiriblər və ABŞ, İsrail əleyhinə şüarlar səsləndiriblər. /Modern.az/


Story Code: 196678

News Link :
https://www.islamtimes.org/az/news/196678/lənkəranda-abş-əleyhinə-aksiya

Islam Times
  https://www.islamtimes.org