0
Wednesday 19 September 2012 - 13:29

“Yaxın günlərdə İranla yenidən müzakirələrə başlayacağıq”

Story Code : 196787
“Yaxın günlərdə İranla yenidən müzakirələrə başlayacağıq”
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi ilə görüşündən sonra yaydığı açıqlamada bildirib.

Onun sözlərinə görə, agentliyin İranla müzakirələri davam etdirməklə bağlı öhdəliyi var: “Yeni müzakirələrə hazır olduğumuz barədə İranı məlumatlandırmışıq. İnanıram ki, müzakirələr müsbət nəticələnəcək”.

Qeyd edək ki, görüşün oktyabrın ortalarında keçiriləcəyi ehtimal olunur.
Comment