QR CodeQR Code

Yüzlərlə vəkil ABŞ səfirliyi qarşısında aksiya keçirdi

19 Sep 2012 23:33

IslamTimes - Pakistanın paytaxtında bu gün yüzlərlə vəkil “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq nümayiş keçirib.


ANN.Az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, vəkillər paytaxtın ABŞ və digər səfirliklər yerləşən ərazisi istiqamətində yürüş keçirib.

Onlar ABŞ əleyhinə şüarlar səsləndirib, Amerika bayrağını yandırıb və səfirlik binasına daxil olub. Vəkillər ABŞ səfirinin ölkədən qovulmasını tələb edib və aksiyanı başa çatdırıb.


Story Code: 196909

News Link :
https://www.islamtimes.org/az/news/196909/yüzlərlə-vəkil-abş-səfirliyi-qarşısında-aksiya-keçirdi

Islam Times
  https://www.islamtimes.org