QR CodeQR Code

İcazə verin ölkənizi dağıdaq!..

21 Sep 2012 09:35

IslamTimes - "Kommersant" qəzetinin verdiyi məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Rusiya hökumətindən USAİD-in RF-da fəaliyyətinin dayandırma müddətini may ayına qədər uzatması üçün xahiş edib.


Bu barədə Hillari Klinton Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland isə USAİD-in Rusiya ilə yeni müqavilə bağlamalaq fikrində olmadığını, sadəcə bu ölkədə qalmaq üçün onlara bir neçə ay vaxt verilməsini istəyib.
Qeyd edək ki, Rusiyanın Daxil İşlər Nazirliyi USAİD-in ölkədə fəaliyyətinin dayandırılmasını qurumun siyasi hadisələrə təsir göstrəməsi ilə əlaqələndirib. Rəsmi Kreml açıq şəkildə Amerika tərəfini xəbərdar edib ki, Rusiya Federasiyasında Beynəlxalq İnkişaf üzrə ABŞ agentliyinin fəaliyyəti cari ilin oktyabrın 1-dən dayandırılmalıdır.
Məlumat üçün bildirək ki, USAİD – ABŞ-ın digər ölkələrə qeyri-hərbi yardımına cavabdeh olan qurumdur. Onun yaranması haqqında akt 1961-ci ildə prezident Con Kennedi tərəfindən imzalanıb. USAİD 1992-ci ildən Rusiyada fəaliyyət göstərir. Əsasən, səhiyyə, vətəndaş cəmiyyətinin inkişafı, qanunun aliliyinin qorunması, yerli özünüidarəetmənin inkişafı, münaqişələrin qarşısının alınması, yaxud da həlli kimi layihələri dəstəkləyir. (HaqqYolu)


Story Code: 197263

News Link :
https://www.islamtimes.org/az/news/197263/icazə-verin-ölkənizi-dağıdaq

Islam Times
  https://www.islamtimes.org