QR CodeQR Code

Bəşar Əsəd: "Türkiyə yeni Osmanlı yaratmaq istəyir"

21 Sep 2012 18:50

IslamTimes - Türkiyə suriyalılara ürəyi yandığı üçün yox, yeni Osmanlı İmperiyasını qurmaq üçün terroristlərə dəstək verir


Suriya dövlət başçısı Türkiyənin müxalifləri dəstəkləməsini rəsmi Ankaranın suriyalıların qeydinə qalması ilə deyil, sadəcə öz məqsədləri üçün etdiyini vurğulayıb.

Suriya dövlət başçısı Bəşar Əsəd ölkəsində baş verən son hadisələrlə bağlı Misirin "əl-Ahram əl-Ərəbi" qəzetinə müsahibə verib. Suriyada əhalinin onu dəstəklədiyini, sadəcə xarici qüvvələrin hakimiyyəti devirmək istədiyini söyləyən prezident Əsəd, ancaq buna nail olmadıqlarını bildirib. Suriya prezidenti Türkiyənin müxalifləri dəstəkləməsini rəsmi Ankaranın suriyalıların qeydinə qalması ilə deyil, sadəcə öz məqsədləri üçün etdiyini vurğulayıb.

Qeyd edək ki, Bəşar Əsəd Misirin "əl-Ahram əl-Ərəbi" qəzetinə müsahibəsində həmçinin deyib ki, Türkiyə suriyalılara ürəyi yandığı üçün yox, yeni Osmanlı İmperiyasını qurmaq üçün terroristlərə dəstək verir. /Faktxeber/


Story Code: 197342

News Link :
https://www.islamtimes.org/az/news/197342/bəşar-əsəd-türkiyə-yeni-osmanlı-yaratmaq-istəyir

Islam Times
  https://www.islamtimes.org