QR CodeQR Code

Kataloniyada müstəqillik sədaları

21 Sep 2012 22:00

IslamTimes - Kataloniyada müstəqillik sədaları İspaniyada baş verən iqtisadi böhran Kataloniyadakı müstəqillik tələbləri yenidən gündəmə gəlib.


525.az Türkiyə mediasına istinadən məlumat verir ki, İspaniya iqtisadiyyatının 1/5-ini təşkil edən Kataloniya özünə aid xəzinə və vergi sistemi istəyir. Ancaq İspaniya baş naziri Mariona Rajoy Brey Barselonadakı Kataloniyanın lideri Artur Masın müstəqillik tələbinin İspaniya qanunlarına zidd olduğunu bildirib.

İldə 16 milyon avro vergi yığan Kataloniya bu məbləğin mərkəzi hökumətə verilməsinin əleyhinədir.

Rədd cavabına görə Kataloniyada etiraz dalğasının daha da güclənəcəyi gözlənilir. Əhali arasında keçirilən sorğunun nəticələrinə görə, çoxluq müstəqilliyin tərəfdarıdır.


Story Code: 197403

News Link :
https://www.islamtimes.org/az/news/197403/kataloniyada-müstəqillik-sədaları

Islam Times
  https://www.islamtimes.org