0
Friday 21 September 2012 - 23:09

Ərdoğan Əliyevi məyus edib

Story Code : 197409
Ərdoğan Əliyevi məyus edib
Həmin məlumatlarda bildirilir ki, 2013-cü il prezident seçkisindən narahat olan Ilham Əliyev həm Ərdoğanla, həm də Fransada keçirdiyi görüşlərdə əsasən bu məsələni müzakirə edib.
Məlumatlara görə, Ilham Əliyev Türkiyə baş nazirindən 2013-ə görə dəstək istəyib. Lakin Ərdoğanın cavabı onun məyusluğuna səbəb olub. Baş naziri Ilham Əliyevin diqqətinə çatdırıb ki, bu, onun iradəsindən kənardır. Çünki Azərbaycan rəhbəri Qərblə, xüsusilə Avropa ilə münasibətləri korlayıb. Belə bir vəziyyətdə ona dəstək vermək asan deyil. Ərdoğan Ilham Əliyevə Qərbin tələblərinə əməl etməyi və bununla münasibətləri qaydasına salmağı tövsiyyə edib.
Bildirilir ki, Ərdoğanla görüşdən məyusluqla ayrılan Ilham Əliyev Avropada dəstək axtarışına çıxıb və təbii ki, ilk olaraq Fransanı seçib. Lakin ölkə başçısının Fransadan da gözlədiyi nəticəni əldə etməsi inandırıcı görünmür.
Siyasi ekspertlər də bu fikirdədir. Onların fikrincə, Avropanın xarici siyasətində ciddi rol oynayan Fransanın Avropa Birliyinin konkret Azərbaycanla bağlı yürütdüyü siyasətə zidd addım atacağını gözləmək olmaz. Istər Sarkozi ilə, istərsə də Olandla görüşlər Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə vəziyyətinin yaxşılaşmasına kömək edə bilməz. Qərb Azərbaycandan demokratiya tələb edir. Avropa mətbuatı son aylar ərzində Azərbaycan hakimiyyətinin Misir, Tunis, Liviya, Suriya hakimiyyətlərindən qətiyyən fərqlənmədiyi haqqında tam təsəvvür formalaşdırıb. Ona görə belə səfərlər hakimiyyətə vəziyyətini, mövqeyini möhkəmləndirməyə imkan verməyəcək.
Avropa Parlametinin son qətnaməsində Azərbaycanla Assosiasiya Müqaviləsi çərçivəsində qanunun aliliyi və insan hüquqları məsələsinin prioritet kimi götürülməsinin nəzərə alındığını xatırladan ekspertlər Fransanın heç bir halda bu qərardan kənara çıxan hərəkət etməyəcəyini də qeyd edir. /Azadliq/
Comment