0
Saturday 22 September 2012 - 13:53

Anti İslam filminə qarşı etiraz nümayişləri davam edir

Story Code : 197603
Anti İslam filminə qarşı etiraz nümayişləri davam edir
Anti İslam filminə qarşı etiraz nümayişləri davam edir
Islam times.org/az/ - Cümə namazından sonra Sana şəhərində baş tutan kütləvi etirazlar zamanı insanlar ABŞ-da isthesal olunan küfr filminə və Fransa jurnallarından birində İslamı və Həzrəti Muhəmməd Peyğəmbəri (s) təhqir edən karikaturaların dərc edilməsinə qarşı öz etirazlarını bildiriblər.

Nümayişçilərdən biri Press TV-nin şəhərdə olan müxbirinə müsahibəsində deyib: “Biz bura gəlmişik ki, Qərb və Avropa dövlətlərinə mesaj verək ki, necə ki, biz sizin peyğəmbərlərə hörmət ilə yanaşırıq, siz də bizim peyğəmbərə bu cür hörmət ilə yanaşın.”


Etirazçılar həmçinin ABŞ hərbi gəmilərinin ərazi sularından çıxarılmasını tələb ediblər.
Küfr filminə görə müxtəlif ölkələrdə ABŞ səfirlikləri qarşısında etiraz nümayişləri həyata keçirilib.

Etirazçılar deyiblər ki, küfr filminin istehsalında əlləri olan hər bir şəxs cəzalanmalı, ABŞ diplomatları ölkələrində çıxarılmalı və ABŞ hökuməti müsəlman dünyasından üzr istəməlidir.

Sentyabrn 13 və 14-də Yəmən təhlükəsizlik qüvvələri ABŞ səfirliyi qarşısında etiraz nümayişləri keçirən 5 etirazçını qətlə yetirib.
Source : İslamtimes
Comment