0
Saturday 22 September 2012 - 15:08

Qərb sivilizasiyalar arası münqaişə yaratmaq istəyir

Story Code : 197630
Qərb sivilizasiyalar arası münqaişə yaratmaq istəyir
Qərb sivilizasiyalar arası münqaişə yaratmaq istəyir
Islam times.org/az/ - Siyasi şərhçi olan İsmail Səlami Press TV-nin veb səhifəsində dərc edilən məqaləsində yazır: “Charlie Hebdo jurnalında dərc edilən İslam Peyğəmbərinin küfr şəkilləri göstərir ki, Qərb beynəlxalq aləmdə xaosun hakimlik edəcəyi və sivilizasiyaların toqquşacağı bir istiqamətə doğru hərəkət etməkdədir.”

Həzrəti Məhəmməd Peyğəmbəri (s) təhqir edən və ABŞ istehsalı olan filmə görə Müsəlman dünyasında qəzəb getdikcə artır.
Anti İslam filmi Asiya və Afrikadakı müsəlman ölkələrində və müsəlman olmayan Avstraliya, İngiltərə, ABŞ, Fransa, Belçika, və digər ölkələrdə geniş etiraz nümayişlərinə səbəb oldu.

Fransada dərc edilən jurnallardan birində Həzrəti Muhəmməd Peyğəmbərin (s) karikaturası çəkildikdən sonra Müsəlman dünyasının qərb əleyhinə qəzəbləri daha da şiddətləndi.

Doktor Səlami deyib ki, küfr filimindən dərhal sonra Fransa jurnalında dərc edilən karikaturalar göstərir ki, Qərbdə İslama qarşı vahid cəbhə formalaşmaqdadır.

İranlı müəllif daha sonra əlavə edərək deyib ki, Müsəlman və Qərb dünyası arasında olan bu vəziyyətdən ən çox bəhrələnən Sionistlər olacaq. O deyib: “Bu təlatümlü dənizdə ən böyük balıq tutan İsrail rejimi olacaq.”

Bütün bu faktlar göstərir ki, Qərbdə xüsusi Sionist ünsürləri var ki, onlar dünyada İslamafobiyanı qızışdırmaqla Şərq və Qərb arasında qarşıdurma yaratmaq və bundan da İsrailin maraqları üçün istifadə etməyi planlaşdırırlar.
Source : İslamtimes
Comment