QR CodeQR Code

Kılıcdaroğlundan Balyoz şərhi

23 Sep 2012 06:56

IslamTimes - Partiya sədri Türkiyə məhkəmələrini tənqid atəşinə tutub


CHP sədri Kamal Kılıcdaroğlu “Balyoz Planı” iddiasında verilən qərarla bağlı öz fikrini açıqlayıb.Kamal Kılıcdaroğlu AKP-nin ədalətsiz olduğunu söyləyib: “ İnsanları içəri atıb müdafiə haqqı verməməklərini qəbul etmirik. Şəxsi səlahiyyətli məhkəmələri qəbul etmirik. Ədalət müqəddəsdir. AKP iqtidarı isə ədalət anlayışını zibil səbətinə atıb”.

Kılıcdaroğlu “ Barışa çağırış” mitinqindəki çıxışında ədalət və mühakimənin olmadığını deyib: “Məhkəmə var, hakim var, prokuror var,amma ədalət yoxdur. Ədalətin olmadığı yerdə hüquq yoxdur. Bizi o məhkəmələrlə qorxudacaqlarını hesab edirlər. Onlar hakim, o məhkəmələr də məhkəmə deyil”. /XezerXeber/


Story Code: 197777

News Link :
https://www.islamtimes.org/az/news/197777/kılıcdaroğlundan-balyoz-şərhi

Islam Times
  https://www.islamtimes.org